Mobil versiya
Trampın hədəfində olan Lesoto, artan işsizlik səbəbiylə milli fəlakət elan etdi
Tarix: 09-07-2025 | Saat: 23:31
Bölmə:Özəl | çapa göndər

Trampın hədəfində olan Lesoto, artan işsizlik səbəbiylə milli fəlakət elan etdi
ABŞ prezidenti Donald Trampın aprel ayında 50 faizlik tarif tətbiq etmək qərarına gəldiyi Lesoto Krallığı yüksək işsizlik səbəbindən təxminən iki il davam edəcək milli fəlakət elan edib.
Afrikanın cənubundakı Lesoto Baş nazirinin müavini Nthomeng Majara yüksək işsizlik nisbətinin 30 faizə çatması və kütləvi iş itkilərinin artması səbəbindən milli fəlakət vəziyyəti elan etdiyini açıqladı. Majara, işsizliyin təsirlərini minimuma endirmək üçün bütün lazımi tədbirlərin görülməsini tələb edən milli fəlakət vəziyyətinin 30 iyun 2027-ci ilə qədər qüvvədə olacağını bildirib.
Rəsmi məlumatlara görə, təxminən 2,3 milyon əhalisi olan Lesotoda gənclər arasında işsizlik 2025-ci ilə qədər 50 faizə çatıb.

"Heç kimin eşitmədiyi ölkə"
Mart ayında ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən xarici yardımların açıqlanması ilə bağlı verdiyi açıqlamada Tramp 8 milyon dollar yardım alan Lesotonu “heç kimin eşitmədiyi bir ölkə” kimi xarakterizə etdi.

Bundan əlavə, aprel ayında Trump "qarşılıqlı tarif"in bir hissəsi olaraq Lesotonun ticarət tərəfdaşlarına 50 faizlik tarif tətbiq etdi və Lesotonu ABŞ-ın ən yüksək tarifi tətbiq etdiyi ölkə etdi.

Bu tarifin tətbiqi sonradan dayandırılsa da, ikinci ən böyük ixrac tərəfdaşı ABŞ olan Lesoto iqtisadiyyatına iş yerlərinin itirilməsi ilə dağıdıcı təsir göstərdi.

İqtisadi məlumat platforması olan OEC-in məlumatına görə, 2023-cü ildə Lesoto ABŞ-a 228 milyon dollar ixrac edib, ABŞ-dan idxal isə 8 milyon dollardan az olub.

Xarici ticarətinin 80 faizindən çoxunu tək qonşusu Cənubi Afrika ilə həyata keçirən Lesoto üçün ABŞ-a ixrac ölkənin ÜDM-nin 10 faizindən çoxunu təşkil edir.

Toxuculuq sektoru Lesotonun ABŞ-a ixracatının əsasını təşkil edir və təxminən 40.000 işçi çalışır.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-07-2025