ABŞ BMT nümayəndəsinə qarşı sanksiyalar tətbiq edib
Tarix: 09-07-2025 | Saat: 22:43
Bölmə:Özəl | çapa göndər

Birləşmiş Ştatlar BMT İnsan Haqları Şurasının xüsusi məruzəçisi Françeska Albanese qarşı sanksiyalar tətbiq edir. Bu barədə ABŞ dövlət katibi Marko Rubio X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.“Bu gün mən BMT-nin İnsan Haqları Şurasının xüsusi məruzəçisi Françeska Albanese Beynəlxalq Cinayət Məhkəməsini ABŞ və İsrail rəsmiləri, şirkətləri və liderlərinə qarşı tədbir görməyə təhrik etmək üçün etdiyi qanunsuz və biabırçı cəhdlərinə görə sanksiyalar tətbiq edirəm”, - nəşr yazır.
Dövlət katibi vurğulayıb ki, ABŞ öz tərəfdaşlarına özünümüdafiə hüququnda dəstək verəcək. Bundan əlavə, o qeyd edib ki, Vaşinqton Albanesenin ABŞ və İsrailə qarşı “siyasi və iqtisadi müharibəsinə” dözməyəcək.
Albanese bir müddət əvvəl BMT-ni İsrailin Qəzzada törətdiyi soyqırımına qarşı tədbir görməyə çağırıb. O əlavə edib ki, Qərb hökumətləri qınamaqdan hərəkətə keçməlidir.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
09-07-2025